Accessibility links

Rusiya-İran danışıqları davam etdiriləcək


Rusiya Atom Enerjisi Agentliyinin rəhbəri Serqey Kiriyenko Tehrana səfərindən sonra bildirib ki, İranın nüvə proqramları ilə bağlı böhranın həlli üzrə danışıqlar bu həftə Moskvada davam etdiriləcək. Rusiyanın İran uranının zənqişləndirilməsi təklifi barədə danışıqların 3-cü raundu üçün İranın nümayəndə heyyəti Moskvaya bu həftə qetməlidir. Əsas səylər qərbin İranın nüvə proqramı barədə narahatlıqlarının azaldılması və Tehrana qarşı mümkün sanksiyaların qarşısının alınmasına yönəlib. Serqey Kiriyenko Tehranda rəsmilərlə 3 gün davam edən danışıqları mürəkkəb və gərgin adlandırıb. Bağlı qapılar arxasında keçirilmiş danışıqlar barədə hesabatlar qeyri-dəqiqdir. Birləşmiş Ştatlarla Avropa Birliyinin İranın nüvə proqramının dayandırılması barədə təklifinin qəbul olunub-olunmaması barədə məlumat verilmir.
XS
SM
MD
LG