Çin dövlət mediasının verdiyi məlumata əsasən şərqi vilayətlərdə bir qadın və bir qız uşağı quş qripinə yoluxublar. Səhiyyə Naziriliynə istinad edən Sinhua Xəbər Agentliyi deyir ki, Jeycanq vilayətindən 9 yaşlı qız, Anhuy vilayətindən 26 yaşlı qadın H5N1 virusu testinə müsbət reaksiya veirblər.
Bu arada İndoneziyada keçirilən laboratoriya testləri bazar ertəsi Cakartada dünyasını dəyişən 27 yaşlı qadının quş qripi virusuna yoluxmasını təsdiq edib. Rəsmilərin dediiynə görə İyulun 27-dən bəri İndoneziyada 20 nəfər quş qripindən vəfat edib.
Fransada, Almaniyada və Hindistanda quş qripi virusunun peyda olması haqda məlumatlar gəlməkdədir.