İraqda dini zəmində zorakılıqlar davam edir
İraqda çərşənbə günü şiələrin müqəddəs ibadətgahına bomba hücumundan sonra dini zəmində baş vermiş zorakılıqlarda çoxu sünnü olmaqla, 130-dan artıq adam ölmüşdür. Vətəndaş müharibəsindən ehtiyat edən İraqın siyasi və dini lidelərirnin çağırışlarına baxmayaraq, sünnü məscidlər hücumlara məruz qalmışlar. Samarada Əskəriyyə məbədində baş vermiş patlayışdan sonra polis bu gün Bağdadın özü və ətraflarda onlarla insan cəsədi aşkar etmişdir.
Prezident Buş Əskəriyyə məscidində bomba hücumunu qınayaraq, bunun xalqı qarmaqarışıqlığa sürükləmək məqsədilə həyata keçirilmiş siyasi aksiya olduğunu demişdir.