Accessibility links

Prezident Müşərrəf Çin mühəndislərinin qətlinə görə üzr istəyib


Pakistan prezidenti Pərviz Müşərrəf ötən həftə 3 Çin mühəndisin Pakistan yaraqlıları tərəfindən qətlinə görə, üzr istəyərək, bunu ölkəsi üçün ləkə adlandırıb. Prezident Müşərrəf bu bəyanatı Pekində Çin parlamentinin sədri Vu Bangguo ilə görüşü zamanı verib. Cənab Müşərrəf 5 günlük rəsmi səfərlə Çindədir. Pakistanı “köhnə dost adlandıran Çin rəsmiləri iki ölkə arasında mövcud güclü iqtisadi və strateji əlaqələri möhkəmləndirəcək danışıqlar keçirmək məqsədiə ölkəyə səfər etmiş prezident Müşərrəfi səmiyyətlə qarşılayıblar. 2004 və 2005-ci illərdə iki ölkə arasında ticarət mübadiləsinin həçmi təxminən 4 milyard dollar təşkil edib. Prezident Müşərrəf çinli həmkarı Hu Tsintao ilə görüşüb. Görüş zamanı o bildirib ki, fevralın 15-də üç Çin mühəndisinin qətli iki ölkə arasında əməkdaşlıq münasibətlərinin güclənməsini istəməyən bir neçə nəfərin əməlidir. Görüşlər zamanı iki ölkə arasında enerji, telerabitə, müdafiə telekommunikasiya sistemləri və ailə planlaşdırılması sahələrində bir neçə müqavilə imzalanıb. Tərəflərin habelə terrorizmə qarşı birgə mübarizə məsələsini də müzakirə edəcəyi gözlənilir. Çin dəfələrlə İslamabadı əmin edib ki, Pakistanın rəqibi Hindistanla əlaqələrin inkişafı narahatlıq doğurmamalıdır.

XS
SM
MD
LG