Accessibility links

ABŞ-ın müdafiə naziri Guantanamo məhbəsinin bağlanması cağırışlarını rədd edib


ABŞ-ın müdafiə naziri Donald Ramsfeld bildirib ki, Amerikanın Kubanın Guantanamo hərbi bazasındakı həbsxanasının bağlanması barədə çağırışlar tamamilə səhvdir. Müdafiə naziri deyib ki, Guantanamodakı həbsxana mümkün olduqca saxlanılacaq. Məhbusların təhqir olunması və işqəncələrə məruz qalması barədə ittihamlar isə müvafiq hərbi prosedurlara uyğun şəkildə həll edilir. Qeyd edək ki, bu məhbəsdə terrorizmlə müharibə zamanı həbs olunmuş 500 nəfərdən artıq insan məhakimə edilmədən saxlanılır. Müdafiə naziri Ramsfeld bildirib ki, tənqidçilərin və bəzi insan hüquqları qruplarının həbsxananın bağlanması barədə çağırışları qeyri-realdır və bu, terrorçulara bütün qapıları aça bilər. Onun sözlərinə qörə, ən azı 15 azad edilmiş məhbus döyüş nöqtələrinə qayıtmış, orada ya yaxalanmış, ya da öldürülmüşdür. Bundan əlavə o, BMT-nin baş katibi Kofi Annanın Birləşmiş Ştatların bu həbsxananın gec-tez bağlayacağı barədə sözləri ilə razılaşmadığını bildirib. BMT-nin İnsan Hüquqları Komissarlığının Guantanamo həbsxanasının bağlanması çağırışından sonra cənab Annan deyib ki, o, həbsxananın mümkün qədər tez bağlanacağına inanır. Komissarlığın hesabatında Birləşmiş Ştatları məhbuslara qarşı işqəncələr və onların ədalətli məhkəmə hüquqlarının pozulmasında ittiham edir.
XS
SM
MD
LG