Accessibility links

Rusiya Həmasın Fələstin-İsrail sülh danışıqlarına gedəcəyinə ümid edir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hamas qrupunun İsrail-Fələstin sülh prosessinin səlahiyyətli iştirakçısı olmaq barədə qərar qəbul edəcəyinə ümid etdiyini bildirib. Parlament seçkilərində qələbəsindən sonra Hamas rəhbərləri mart ayının əvvəlində Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya səfərə hazırlaşırlar.

Xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva danışıqları Birləşmiş Ştatlar, Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı və Rusiyanın təşkil etdiyi dördlüyün əsas prinsiplərə uyğun keçiriləcək. Cənab Lavrov deyib ki, Rusiya dördlüyün razılaşdırılmış prinsiplərinə riayət edəcək. O, ümüd edir ki, bu danışıqlar elə bir vəziyyətin yaranmasına qətirəcək ki, Hamas qrupu İsrail-Fələstin sülh danışıqları prosessinin səlahiyyətli iştirakçısı olacaq.

Prezident Putin keçən həftə Haması Moskvaya dəvət etdiyini bildirməsindən sonra, Rusiya danışıqlarla bağlı mövqeyini açıqlamışdır. Rusiyanın bu addımı İsrailin kəskin tənqidinə məruz qalmışdır.

Hamas zorakılıqlara son qoymadığı və İsrailin mövcudluq hüququnu tanımadığı təqdirdə, bütün yardımların kəsilməsi barədə çağırışlar səslənmişdi. Tənqidçilər Kremlin dünya içtimayyəti tərəfindən terrorçu qrup kimi tanınan Hamasla danışıqlar niyyətini ikili standartlar kimi qiymətləndirirlər.

XS
SM
MD
LG