ABŞ Konqresinin demokrat liderləri vitse-prezident Dik Çeyninin təsadüfən ov yoldaşını yaralamsı ilə bağlı mətbuat konnfransı keçirməsini tələb edirlər. Vitse-prezidentin güllə atəşindən yarlanan 78 yaşlı Harri Vitingtonun infarkt keçirməsindən sonra bir həftə xəstəxanada qalacağı bildirilib.
Müxbirlər və müxalifətdə olan demokratlar Ağ Evin hadisəni giztlətməsinə etirazlarını bildirirlər. Prezident Buşla Ağ Evdə səhər yeməyi görüşündən sonra Sentda azlıq lideri Harri Reyd Çeynini mətbuat konnfransı keçirməyə çağırmışdır. Nümayəndələr Platasının demokrat liderləri Buş administarsiyasını qapalı hakimiyyət adətinə malik olduğunu bildirib.