Accessibility links

Səddam Hüseynin məhkəməsi təxirə salındı


Sabiq İraq prezidenti Səddam Hüseyn və onun yeddi tərəfdarının Bağdadda keçirilən məhkəməsi çərşənbə axşamı gününə qədər təxirə salınıb. Bu gün məhkəmə zalına həmişə olduğu kimi, kostyumda deyil, əbada daxil olmuş Səddam hakimi təhqir etmiş, “rədd olsun xainlər, rədd olsun Buş, yaşasın müsəlman milləti” kimi şüarlar bağırmışdır. Məhkəmənin bundan öncəki iclasını boykot etmiş Səddam bu günkü iclasa zorla gətirildiyini demişdir. Onun sabiq yardımçıları da məhkəməyə zorla gətirildiklərini demiş və ifadə verməkdən boyun qaçırmışlar. Onlardan biri habelə, 20 il bundan əvvəl Səddam Hüseynin qətlinə cəhddən sonra onun 140 şiənin qətliamına icazə verməsi haqda sənədə imza etməkdən də imtina etmişdir. Məhkəmə gedən zaman Bağdadda zorakılıqlar müşahidə olunmuşdur. Bağdaddakı bankın qarşısında bomba hücumu nəticəsində 15 iraqlı həlak olmuş, 30 nəfər yaralanmışdır.

XS
SM
MD
LG