Accessibility links

Pakistan prezidenti müsəlmanların təhqir edildiyini deyib


Pakistan prezidenti Pərviz Müşərrəf deyib ki, Məhəmməd peyğəmbərin karikaturalarının nəşrinlə əlaqadar mübahisələr radikal və mötədil müsəlmanları birləşdirir. Prezident Müşərrəf Pakistan paytaxtında müxbirlərlə görüşü zamanı demişdir ki, Məhəmməd peyğəmbərin karikatuları radikallardan tutmuş mötədillərə qədər bütün müsəlmanlar üçün təhqir olmuşdur.

Danimarka qəzetində karikaturalar hələ sentyabr ayında dərc edilmişdir. Bundan sonra Avropa qəzetlərinin çoxu həmin karikaturaları yenidən çap edərək azad və açıq mətbuatla həmrəylik nümayiş etdirdiklərini bildirmişlər. Prezident Müşərrəf həmin qəzetlərdə bu karikaturaların nəşrinin gülünc olduğunu deyib.

Karikaturaların nəşri bütün müsəlman dünyasında geniş etiraz nümayışlərinə səbəb olmuşdur. Pakistanda artıq bir həftə ərzində ikinci dəfədir ki, karikaturalara etiraz olaraq nümayişlər keçirilib. On mindən çox adam paytaxt İslamabadın küçələrinə çıxaraq, qərb və yəhudilər əleyhinə şüarlar bağırmışlar. Qəzəbli nümasyışçılərin rəsmilərə qarşı bir neçə dəfə zorakılıq işlətdiyi hallar qeydə alınıb.

Peşəvər şəhərində altı mindən çox qəzəbli nümayişçını sakitləşdirmək məqsədi ilə gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edilib. Pakistanın xarici işlər nazirliyinin sözçüsü Tasnim Aslam Birləşmiş Millətlər Təşkilatını qlobal müzakirlərdə daha böyük rol oynamağa çağırıb. Bütün bunlarla yanaşı, Birləşmiş Ştatlar və Avropanın bri neçə lideri qərbə qarşı belə etirazlara görə, İran və Suriya daxil edilməklə bəzi İslam dövlətlərini günahlandırırlar.

XS
SM
MD
LG