Accessibility links

Rusiya Belarusiyanı müdafiə sistemi ilə təmin edəcək


Rusiyanın müdafiə naziri Segey İvanovun bildirdiyinə görə, Rusiyanın Belarusiyanı hava müdafiə sistemi ilə təmin etməsi qərarı NATO ilə heç bir gərginliyə səbəb olmamalıdır. Nazir bu gün deyib ki, silahlar yalnız müdafiə mahiyyətli olduğu üçün heç bir problemə yol açmamalıdır. Sergey İvanovun bəyanatı Sisiliyanın Taormina şəhərində keçirilən mətbuat konfransı zamanı səslənib. Rusiyanın müdafiə naziri bundan əvvəl NATO-dakı həmkarları ilə görüş keçirmişdi. Moskvanın açıqlamasına görə, Belarusiya S-300 PS raketləri ilə gələn aydan etibarən təmin ediləcək.

XS
SM
MD
LG