Accessibility links

Dünya ətrafında rekord müddətə uçuş təxirə salınıb


Pis hava şəraiti və benzinin axması Amerikalı aviator Stiv Fossetin rekord müddətə dayanmadan dünya ətrafında səyahətinin təxirə salınmasına səbəb olmuşdur. Stiv Fossetin komandası benzin bakının klapanının təmirinə bir gün vaxt lazım olduğunu bildirib. Bununla belə, Fosset NASA-nın Florida ştatındakı Keyp Kanaveral uçuş mərkəzindən təyyarənin uçuşunu həftənin sonuna qədər təxirə salmaq fikrindədir. Keyp Kanaveralın uzun uçuş xətti oludqca böyük həcmli yanacaq bakı olan təyyarənin lazımi məsafədə sürət toplanmasına imkan verə bildiyi üçün seçilmişdir. Stiv Fosset Floridanın cənubundan dünya ətrafında dövrə vurub, ikinci dəfə Atlantik okeanını keçərək, Londondan kənarda yerləşən Kent beynəlxalq hava limanında enmək fikrindədir. Müvəffəqiyyət qazansa, 80 saat ərzində 42 min kilometr məsafəni qət edəcək Fosset 20 il bundan əvvəlki rekordu vura biləcək.
XS
SM
MD
LG