Accessibility links

Həmas yeni Fələstin hökumətini tez bir zamanda təşkil edəcəyini deyir


Həmas liderləri deyirlər ki, Fələstində yeni hökumət fevral ayının 16-da keçiriləcək yığıncaqdan sonra təşkil ediləcək. Bu açıqlama Qəzza Zolağında Həmas liderləri ilə Fələstin prezidenti Mahmud Abbas arasında keçirilən danışıqlardan sonra verilmişdir. Qeyd edək ki, yanvarın 25-də keçirilən seçkilər zamanı Mahmud Abbasın rəhbərlik etdiyi Fətah partiyasına qalib gələrək Həmas Fələstinin qanunverici orqanının 132 yerindən 74-ü qazanmışdır.

Həmasın Qəzza zolağındakı lideri İsmayıl Haniyeh Həmasın yeni hökumətin qrulması üçün çevik addımlar atacağını bildirib. Cənab Haniyeh deyib ki, Həmas konstitusion boşluqlara yol vermədən öz səlahiyyətlərindən istifadə edəcək. O, eləcə də bildirib ki, Həmas Fələstinin təhlükəsizlik qüvvələrinin nəzarətini də öz əlinə alacaq. Cənab Haniyeh Həmasın Mahmud Abbasın Fətah partiyasından yeni hökumətə qoşulmasını istəmiş, lakin hələ heç bir cavab almadığını demişdir. Həmas lideri həmçinin bildiriblər ki, Həmas İsraillə heç bir şərt daxilində danışıqlara getməyəcək.

Seçkilərdə qələbə əldə etdiyi andan Həmas İsraili tanımayacağı və tərksilah olmayacağı haqda mövqeyini dəfələrlə təkrar etmiş, lakin İsraillə uzunmüddətli sülh sazişini nəzərdən keçirəcəyini bildirmişdir.

İsrail rəsmiləri isə deyirləri ki, Həmas İsraili tanımalı və terrordan əl çəkməlidir. Həması terrorist təşkilat adlandıran Birləşmiş Ştatlar və Avropa Birliyinə daxil olan donor ölkələr Həmas hökuməti ilə işləməyəcəyini deyir.

Keçən il prezident seçilmiş Mahmud Abbas deyib ki, fevralın 16-da keçiriləcək yığıncaqdan sonra belə, yeni hökumətin təşkili vaxt aparacaq. Bütün bunlarla yanaşı İsrailin hava və artilleriya hücumlarını Qəzza Zolağına qarşı yönəltdiyi bildirilir. Bu gün İsrailin hərbi təyyarəsi Qəzza Zolağında bir maşını atəşə tutmuş, maşının icərisində Əl-Əqsa Şəhidlər Briqadasının züvü olduqlarından şübhələnilən üç nəfəri qətlə yetirmişdir. Tel-Əviv yalxınlığında isə bir fələstinli əlində bıcaq mikro-avtobusa daxil olmuş, bir qadını öldürmüş, digər beş nəfəri isə yaralamışdır.

XS
SM
MD
LG