Accessibility links

İraqın siyasi partiyaları danışıqlar aparır


İraqın siyasi partiyalrı yeni koalisiya hökumətinin təşkili ilə bağlı danışıqlar keçirirlər. Bu, dekabrın 15-də Milli Məclisə seçkilərin nəticələri elan edildikdən bir gün sonraya təsadüf edir.

Şiələrin dini siyasi partiyalarının Allians Birliyi Milli Məclisdə 275 yerdən 128, onun müttəfiqi Kürd Alliansı 53, Sünni ərəblərin siyasi partiyaları isə 55 yer əldə ediblər. Şiə Alliansı Birliyinin yerlərin çoxunu qazanmasına baxmayaraq, hökumətin təşkili üçün Milli Məclisdə əksəriyyət səsə malik deyil. Buna görə də koalisiya hökuməti təşkil edilməlidir.

Sünni Ərəblərin siyasi partiyaları bu gün keçirdikləri yığıncaqlarında vahid Milli hökumətin təşkilinə çağırıblar. Bu arada Amerika-İslam əlaqələri Şurasının rəsmilərinin Bağdada getdikləri bildirilir. Onların bu səfərinin məqsədi yanvarın 7-də girov götürülən Amerika jurnalisti Cill Karrollu azad etməkdir. Girovdarlar Amerika həbsxanasında saxlanılan 8 qadın azad edilmədiyi təqdirdə, Cill Karrollun öldürüləcəyini bildiriblər. Birləşmiş Ştatlar isə terrorçu və cinayətkarlarla danışıqlar aparmayacağını bildirib.

Bu gün Bağdadın bir bazarında maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində bir nəfər həlak olub və bir neçə adam isə bədən xəsarəti alıb.

XS
SM
MD
LG