Accessibility links

İraq qadınları hüquqlarının günişlənməsinə çalışırlar


Bu ay İraqda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, İraqın gələcəyi ilə bağlı qadınların səsi üstünlük təşkil edir. İraq əhalisinin yarıdan çoxunu təşkil edən qadınlar deyirlər ki, ölkənin bərpasında onların səsləri sayılmalıdır. Amerikanın Səsinin müxbiri Marqaret Bəşir bildirir ki, İraq qadınları sosial, siyasi və iqtisadi hüquqlarının konstitusiyada əksini tapmasına zəmanət istəyir. İraq qadınları digər Ərəb ölkələrindəki qadınlardan daha azaddır. Lakin onlar hüquqlarının daha genişləndirilməsinə çalışırlar.

Keçən ilin oktyabr ayında qəbul olunan İraq konstitusiyasında 275 yerlik parlamentin dörddə bir hissəsini qadınların təşkil edəcəyinə zəmanət verilir. Lakin İraqda ilk qadın hakim olan Zəkiyyə Hakkı bildirir ki, yeni hökumətin təşkili ilə bağlı müzakirələr qadınların siyasi həyatda tutduqları yerin məhdud olduğuna əyani sübutdur. Zəkiyyə Hakkı deyir:

“İraq daxilində siyasi qruplar tərəfindən olduqca mühüm müzakirələr, danışıqlar aparılır. Lakin orada bir qadın belə iştirak etmir.”

Vəkil və keçmiş Ətraf Mühit naziri Müşki Əl-Munir qadınların siyasi həyatdan kənar edilməsinin böyük səhv olduğunu deyir. İraq qadınlarının hüquqları üzrə vəkil Hana Edvar Səddam Hüseyn rejimi dövründə qadınların daha çox təzyiqlərə məruz qaldığını deyir. O, deyir ki, qadınlar siyasi həyatda kişilərlə bərabər işləyə bilərlər. Xanım Edvar digər qadınlarla bərabər dünən Vaşınqtonda yığıncaq keçirərək, qadın hüquqlarının genişləndirilməsinə dair düzəlişlərin konstitusiyada yer alması barədə danışıqlar aparmışlar.

XS
SM
MD
LG