ABŞ-ın vitse-prezidenti Dik Çeyni Misirdədir. Vitse-prezidentin yardımçıları bildirirlər ki, sabah onun Misir prezidenti Hüsnü Mübarəklə görüşü gözlənilir. Küveytə yola düşməzdən əvvəl Dik Çeyni Səudiyyə Ərəbistanının kralı Abdulla ilə görüş keçirməlidir. Vitse-prezidentin sözçüsü bildirib ki, cənab Çeyni Küveytin kral ailəsinə Şeyx Caber Əhməd Əl-Sabahın vəfatı ilə bağlı başsağlığı verməldiir. Dik Çeyninin müzakirələri regional təhlükəszlik və anti-terror səyləri üzərində cəmləşəcək.