Accessibility links

Azərbaycanda Quş Qripi  Təhlükəsi


İştirakçılar: İsmail Həsənov, Kənd təsərrüfatı Nazirliyi yanında dövlət baytarlıq xidmətinin rəisi Faig Məmmədov, Səhiyyə nazirliyinin taun əleyhinə stansiyasının direktor müavini Zahir Əmanov, Cənub xəbərləri qəzetinin baş redaktoru.

Kənd təsərrüfatı nazirliyi yanında dövlət baytarlıq xidmətinin rəisi İsmail Həsənov nazirliyin yoxlamalar apardığını, quş qripinin Azərbaycanda yayılması təhlükəsinə qarşı geniş tədbirlər görüldüyünü, bazarda satılan quş ətlərinin əvvəlcə yoxlamadan keçdiyini qeyd etdi. O Azərbaycanda hələ quş ripinin baş verdiyi barədə məlumat olmadığığını bildirdi. Faig Memmedov isə quş qripinin Asiyada yayılması, köçəri quşların bundakı rolu barədə danışdı. O, quş qripinin təkçə quşlardan yox, başqa heyvanlardan da keçəbiləcəyini, hələ də H5N1 virusunun insandan insana keçəcək şəkildə mutasiyya olmadığını xatırlattı. Cənub Xəbərləri qəzetinin baş redaktoru Zahir Əmanov isə Masallıda çoxlu kəndlərdə quşların kütləvi olaraq qırıldığını, onda olan rəqəmlərə görə qırılan quşların sayının bir neçə min olduğunu bildirdi. Onun dediyinə görə rəsmilər keçirilən testlərin həmin quşların quş qripindən qırılmadığını bildirməklə yanaşı quşların kütləvi olaraq qırılmasına nəyin səbəb olduğunu diyə bilməyiblər. İsmail Həsənov isə dövlətin quşu qırılanlara pul ödəyəcəyini gözləyən kəndçilərin qırılan quşların sayını şişirtdiklərini irəli sürüb.

XS
SM
MD
LG