Accessibility links

Hindistan hökuməti xaricdə yaşayan hindlilərə ikili vətəndaşlıq verir


Hidistan hökuməti xarici ölkələrdə yaşayan hind mənşəli, lakin Hindistan vətəndaşı olmayan 20 milyondan çox adama ikili vətəndaşılığın verilməsi barədə sərəncam verib. Hindistanın Baş Nasziri Manmohan Singh Heydərabadda hind mənşəlilərin illik konfransında xarici ölkələrdə yaşayanlara Hindistanın rəsmi vəsiqəsini təqdim edib. Vəsiqə sahiblərinə Hindistana vizasız səfər etmyə, Hindistanda mülk alıb satmaq hüququ verir. Lakin vəsiqə sahibləri seçkilərdə səs vermək hüququna malik deyillər. Onlar həmçinin ölkənin siyasi və müdafiə idarələrində işləyə bilməzlər.

Hindistan rəsmiləri deyirlər ki, bu tədbirin məqsədi ölkənin iqtisadiyyatını və təhsilini inkişaf etdirmək və xarici ölkədə yaşayan hüindliləri ölkədə sərmayə qoymağa təşviq etməkdir. Hindistan hökuməti bildirib ki, Körfəz Ərəb ölkələrində 3 milyona yaxın yaşayan hidliyə ölkədə keçiriləcək seçkilərdə iştirak etmək hüququ verir. Körfəz Ərəb ölkələrində yaşayan hindlilərin heç biri yaşadığı ölkənin vətəndaşı deyil, lakin onların orada işləmək və yaşamaq hüququ var.

XS
SM
MD
LG