Fələstinin hakim Fatah partiyasının cinahları bildirirlər ki, onlar bir partiya ətrafında birləşmək məqsədilə aralarındakı təfriqələri həll ediblər və yanvarın 25-də keçiriləcək parlament seçkilərinə vahid namizədlər irəli sürəcəklər. Fələstin Muxtar İdarəsinin mötədil prezidenti Mahmud Abbas Fatahın fəalları ilə apardığı uzun danışıqlardan sonra aralarındakı təfriqənin həlli və birlikdə yanvar seçkilərinə hazırlıq görmək üzərində razılığa gəliblər.
Yanvarın 25-də 132 yerli Fələstin Qanunveriçi Şurası seçilməlidir. Bir neçə həftə öncə Fatah seçkilər üçün irəli sürdüyü namizədlərin siyahısını açıqlayan vaxt qurumun bir çox üzvü bu siyahını rədd edərək bildirmişdi ki, siyahıda əsasən mərhum Yasir Ərəfata və Mahmud Abbasa yaxın olan əski qvardiyanın üzvləri yer alıb. Partiyanın əski qvardiyasının üzvləri illərdən bəri korrupsiyaya görə tənqidlərə məruz qalırlar.
Fələstinin Gənc Qvardiyasına adam öldürmək ittihamı ilə İsrail həbsxanasında olan Marvan Barquti başçılıq edir. O, seçkilər üçün Fəth cinahlarının ayrı-ayrı namizədlərin irəli sürməsinə qarşıdır. O, bildirir ki, davakar Hamas qrupunu seçkilərdə məğlub etmək məqsədilə Fatah irəli sürdüyü namizədləri dəstəkləməlidir. Fatahın Qəzzə Zolağındakı lideri Məhəmməd Dahlan deyir ki, Fatahın yeni seçki siyahısı islahatçıların qələbəsidir.