Polşanın baş naziri Kazimer Marsinkeviç əvvəki hökumətin qüvvələrin geri çəkilməsi planına baxmayaraq, gələn ilin sonunadək hərbi qüvvələri İraqda saxlamaq istədiyini bildirib. Nazir bildirib ki, onun hökuməti Polşanın yeni prezidentinə bu xahişlə müraciət etmək qərarına gəlib. Qeyd edək ki, Polşanın İraqda hərbi qüvvəsi 1500 əsgərdən ibarətdir. Onların İraq müharibəsinə qoşulmasından sonra 17 əsgər öldürülmüşdür.
Bununla yanaşı, bu gün Ukrayna qüvvələri İraqdan çıxarılıb. Beləliklə prezident Yuşenko qüvvələrin çıxarılması vədinə əməl etmiş olur.