Accessibility links

Həmas böyük qələbə əldə edib


Fələstinin Həmas qrupu İordan çayının qərb sahəlində keçirilən bələdiyyə seçkilərdə mühüm qələbə əldə edib. Qrup Nablus şəhərində seçicilərin 70 faiz səsini əldə edib. Bu, parlament seçkilərinə 6 həftə qalmış bir vaxta təsadüf edir. Həmasın İsrailə qarşı davakar proqramı və intiharçı hücumlar kampaniyası Fələstin muxtar idarəsinin sosial təminat və geniş yayılan korrupsiyaya görə, nüfuzu artıb. Həmasın lideri Mahmud Əl-Zahar deyir ki, biz Fələstin xalqına xidmət edirik. Əgər fələstinlilər bizə səs versələr, biz yenidənqurma, iqtisadi, təhsil və sağlamlıq kimi milli programlar həyata keçirəcəyik-deyə o bildirib. İsrail hökumətinin sözçüsü Mark Regev Amerikanın səsinin müxbirinə deyib ki, Həmas İsraili məhv etmək istəyir. Əgər o, Fələstinin yanvarın 25-də keçiriləcək parlament seçkilərində qələbə əldə etsə, bu, sülh prossesi üçün ciddi problemlər yarada bilər. Fələstinin mötədil lideri Mahmud Abbas isə İsrail ilə sülh danışıqlarının bərpasını nəzərdə tutan platformasını həyata keçirməyə çalışır.
XS
SM
MD
LG