Accessibility links

Əfqanıstan lideri terrorizmlə mübarizəni gücləndirməyə çağırıb


Əfqanıstan prezidenti Həmid Karzay terrorizmlə mübarizədə beynəlxalq qüvvələrin iştirakının vacibliyini vurğulayıb. Əfqan lideri daxili təhlükəszlik qüvvələrinin kamikadze və terror hücumları təhlükəsi qarşısında aciz olduğunu vurğulayıb. Əfqanıstan prezidenti Həmid Karzay bunları İslam konfransında iştirak etmək məqsədi ilə olduğu Vyanada bildirib. Amerikanın dəsətrklədiyi prezident karzay müxbirlərə bildirib ki, Əfqanıstanın iqtisadi yardıma və beynəlxalq qüvvələrin köməyinə ehtiyacı var. Əfqan lideri buna nə qədər vaxt tələb ediləcəyini deyə bilməyib. Prezident Karzay deyib ki, Taleban hələ də Əl-Qaidə ilə terrorizm əməkdaşlığı aparırır və hələ də demokratiyanı məğlub edəcəyi barədə hədə-qorxular gəlir. Prezident terrorizmin qüvvədən düşməyəcəyi və gələcəkdə hücumların davam etdiriləcəyini deyib. Həmid Karzay deyib ki, məhz buna görə də demokratiklik prosesi gücləndirilməli, təsisiatlar möhkəmləndirilməlidir.
XS
SM
MD
LG