Accessibility links

Bomba hücumu kimlər tərəfindən təşkil edilib?


Türkiyə hökuməti ölkənin kürdlərin əksəriyyət təşkil etdiyi cənub-şərq hissəsində üç gün etirz nümayişlərilə nəticələnmiş kitab mağasının bomba hücumuna məruz qalmasının arxasında təhlükəsizlik qüvvələrinin dayandığı haqda iddiaları araşdırmağa söz verib. Bomba hücumu çərşənbə günü İraq sərhəddi yaxınlığında yerləşən Semdinli şəhərinda baş vermişdir. Kürdüstan Fəhlə partiyasının üzvünün sahibi olduğu kitab mağazasında baş vermiş hadisə nəticəsində bir nəfər ölmüşdür. Kütləvi informasiya vasitələrində verilmiş məlumatlarda hücumlar yarı-hərbi dəstələrlə əlaqələndirilmişdir. Hücumla əlaqədar üç nəfər nəzarət altına alınmışdır. Digər təfərrüatlar hələlik məlum deyil.
XS
SM
MD
LG