Bu gün İsraildə sabiq baş anzir İtsaq Rabinin qətlə yetirilməsinin onuncu ildönümü qeyd edilir. Fələstinlilərlə sülh əldə edilməsinə çalışan baş nazirin xatirəsi xüsusi və ictimai anım mərasimlərində anılır. Qohumları, ailə üzvləri və dostaları, habelə İsrailin aparıcı siyastəçilərinin iştirakı ilə keçirilən mərasim mərhumun Qüdsün Hertzl qəbiristanlığındakı məzarı ətarfında təşkil edilib. Tel-Əviv şəhərindəki Rabin meydanına yüzlərlə insan toplaşaraq sabiq baş nazirin xatirəsini yad edib. Xatırladaq ki, İtsaq Rabin 1995-ci ilin noyabr ayının 4-cü sülh yürüşündən qayıdarkən qətlə yetirilmişdi. Onun qatılı qatı millətçi Yuqal Amir baş nazirin 1993-cü il Oslo sülh sazişini imzalamasının əleyhinə idi.