Accessibility links

H.Mayers namizədliyini geri götürdü


ABŞ prezidenti Corc Buşun Ali Məhkəmə hakimliyinə namizəd göstərdiyi Harriyet Mayers namizədliyini geri götürüb. Qısa bəyanatla çıxış edən prezident Buş xanım Mayersin qərarını qəbul etdiyini elan edib. Prezidentə ünvanladığı məktubda Harriyet Mayers namizədliyinin təsdiqinin Ağ Ev üçün çətinlik yaradacağı və bunun ölkənin maraqlarına xidmət etməyəcəyini yazıb. Xatırladaq ki, Harriyet Mayers demokrat və respublikaçıların kvalifikasiyasının kifayət etmədiyi ilə bağlı tənqidləri altında idi. Xanım Mayers prezidentin şəxsi vəkili olsa da, hakimlik təcrübəsinə malik deyil.
XS
SM
MD
LG