ABŞ Senatı Azərbaycan hökumətini qarşıdan gələn parlament seçkilərinin azad və ədalətli keçirilməsinə çağırıb. Bu gün Senatda qəbul edilən qətnamədə deyilir ki, neftlə zəngin bu keçmiş Sovet respublikasında 1991-ci il müstəqillik əldə edildikdən sonra keçirilən bütün seçkilər zamanı saxtakarlıqlara yol verilib. Senat Azərbaycan respublikasının demokratik cəmiyyətlərə inteqrasiyası üçün şəffaf seçkilər keçirməsinin vacibliyini vurğulayıb. Prezident Buş noyabr ayının 6-da keçiriləcək seçkilərin ABŞ-Azərbaycan münasibətlərini yeni bir strateji məhhələyə çatdıra biləcək imkan kimi qiymətləndirir.