Əfqanıstanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, Helmənd vilayətində Taleban döyüşçüləri olduqlarından şübhələnilən şəxslər tərəfindən polisin maşın karvanı hücuma məruz qalmış, nəticədə 19 polis işçisi öldürülmüşdür. Nazirliyinin sözçüsü öldürülənlər arasında vilayətin yüksək rütbəli polis zabitinin olduğunu deyib. Onun dediyinə görə, dünən gecə həyata keçirilən hücum nəticəsində 5 adam itkin düşmüşdür. Hücuma görə nümayəndə “sülhün düşmənləri” adlandırılan Taleban döyüşçülərini günahlandırıb.