Vinciniya ştatının Aleksandriya şəhər məhkəməsində Pentaqonun Yaxın Şərq üzrə eksperti Laurens Franklin İsrailin xeyrinə casusuluq etdiyini etiraf edib. 58 yaşlı müttəhim Amerikanın Yaxın Şərq siyasətindən bezdiyini deyərək, İsrail-Amerika ictimai əlaqələr komitəsinin iki nüfuzlu üzvünün buna təsir göstərə biləcəyinə ümid etdiyini deyib. Franklin iki maddə-konspirasiya və milli təhlükəsizliklə bağlı gizli məlumatların ötürülməsində ittiham edilir.