Hakim Con Robertsin ABŞ Ali Məhkəməsinin sədri vəzifəsinə təstiqindən sonra prezident Buş Ali məhkəmədə boş olan ikinci yerə yaxın məsləhətçisi Harriet Mayersı namizəd göstərib. Beləliklə iyirmi ildən bəri ilk dəfə olaraq prezident tərəfindən Ali Məhkəmənin iki üzvü təyin edilir. Prezident Ağ Evdəki çıxışında xanım Mayersi lider adlandırıb və onun hüquq sahəsində qadınların qarşısınakı maneələri aradan qaldırdığını deyib. Xanım Mayers prezident Buşun Texas qubernatoru olarkən şəxsi vəkili idi.