İndoneziya rəsmilərinin bildirdiyinə görə, həmin ölkədə şənbə günü əksəriyyəti xarici turist olmaqla 26 nəfərin ölümünə, yüzdən çoxunun isə yaralanmasına səbəb olan bomba hücumu intiharçı tərəfindən həyata keçirilib. Polisin verdiyi məlumata əsasən patrlayış baş verən yerdə intiharçıların bədənlərinin ayrı-ayrı hissələri aşkar edilib. İndoneziya prezidentinin sözçüsü Dino Djalal polisin məlumatına əsəslanaraq bildirib ki, oradan üç baş və altı ayaq tapılıb. Bu isə hücumların intiharçılar tərəfindən edildiyinə işarədir. İndoneziyanın terror üzrə rəsmiləri bu hücumun arxasında Əl Qaidə terror şəbəkəsi ilə əlqəsi olan Cemah İslamiyyə qrupunun durduğunu deyirlər. Qrupun bir neçə üzvünün bəbs edildiyi bildirilir. Onların 2002-ci ilin oktyabrında 200-dən çox insanın ölümü ilə nəticələnən bomba hücumunda da əli olduğundan şübhələnilir. Avstraliyanın baş naziri Con Hovard Balidə Koreyadan, Yaponiyadan, Birləşmiş Ştatlardan getmiş turistlərin və eləcə də, Avstraliyadan olan gəncin ölümünə səbəb olan bomba hücumunu pisləmişdir. Hələ ki, hücumun məsuliyyətini üzərinə götürən olmasa da Avstraliya hökuməti Cemah İslamiyyə qrununun hücum üçün məsuliyyət daşıdığını israr edir. Hələ üç il bundan əvvəl Balidə 88-i avstraliyalı olmaqla, 200 nəfərin ölümü ilə nəticələnən bomba hücumunun məsuliyyətini radical İslam təşkilatı öz üzərinə götürmüşdü. Qeyd edək ki, bir çox avstraliyalı bu hücumla Avstraliyanın ABŞ-ın İraqa hərbi müdaxiləsini dəstəkləməsi arasında əlaqə görür.