Accessibility links

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnaməsini qeyri-qanuni adlandırmışdır


İran Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə proqramı ilə bağlı qətnaməsinin siyasi motivlərə əsaslandığını bildirərək, qeyri-qanuni adlandırmışdır. Bu gün Tehranda etdiyi çıxışında İranın xarici işlər naziri Mənuçəhr Mottaki Beynəlxalt Aton Enerjisi Agentliyinin qəbul etdiyi qətnamənin mətninin Birləşmiş Ştatlar tərəfindən verilən məsləhətə əsasən hazırlandığını bildirib. Xatrıladaq ki, qətnamə agentlik tərəfindən dünən qəbul edilmişdi. Sənəddə Tehran nüvə silahılarının yayılmamsına dair sazişin şərtlərinə əməl etməməkdə günahlandırılır. Qətnamədə Beynəlxalq Atom Enerjisi Agentliyinin müffətişləri ilə əməkdaşlıqdan boyun qaçırdığı təqdirdə, BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar irəli sürəcəyi məsələsi istisna edilmir.

Bu arada Rusiya İranı Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa və nüvə proqramı barədə cavabsız qalan suallara cavab verməyə çağırmışdır. Hindistan da öz növbəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnaməsinin təsdiqinə verdiyi səsi müdafiə etmişdir. Hindistanın Birləşmiş Ştatlar, Britaniya və Fransa kimi nüvə qabiliyyətli dövlətlərə qoşularaq ənənəvi müttəfiqi İrana qarşı Atom Enerji Agentliyinin qətnaməsini dəstəkləməsi gözlənilməz olmuşdur.

XS
SM
MD
LG