Accessibility links

Britaniyada terror hücumları ilə əlaqədar yeni videoyazılar nümayiş etdirilib


Britaniya polisi London metrosundakı partlayışların videosunu açıqlayıb. Videoda göstərilib ki, kamikadze hücumçuları iyul ayının 7-si 56 sərnişinin ölümü ilə nəticələnən hücumlardan iki həftə əvvəl metro stansiyalarında kəşfiyyata çıxmışdılar. Telekameraların çəkdioyi filmlər 4 hücumçudan 3-nün iyun ayının 28-də hadisə günü etdikləri kimi eyni yolları keçdiklərini göstərib. Skotland Yard anti-terrorizm şöbəsinin müdiri Peter Kalrk bildirib ki, hücumlar zamanı partladılan bombaların istehsalında peroxsid maddəsindən istifadə edilib.
XS
SM
MD
LG