Accessibility links

Ukrayna parlamenti baş nazirin namizədliyini təsdiq etməyib


Ukrayna parlamenti prezident Viktor Yuşenkonun yeni baş nazir vəzifəsinə namizəd göstərdiyi şəxsi təsdiq etməyib. Baş nazirliyə namizəd göstərilən Yuri Yexanurov təsdiqi üçün lazım olan 226 səsdən yalnız üçünü toplaya bilməyib. Cənab Yexanurov sentyabr ayının 8-dən prezident Yuşenkonun Yulia Timoşenko hökumətini buraxdıqdan sonra baş nazir vəzifəsini icra edirdi. Xatırladaq ki, xanım Timoşenko korrupsiya ittihamı ilə vəzifəsindən kənarlaşdırılmışdı.
XS
SM
MD
LG