Accessibility links

Human Rights Watch Əndijan hadisələrinin düzgün təhqiqatına çağırıb


Əhdijan şəhərindəki nümayişlərin təşkilində günahlandırılan 15 nəfər Özbəkistan Ali Məhkəməsi qarşısına çıxarılıb. Beynəlxalq İnsan Hüquqları Təşkilatı Human Rights Watch Əndijan hadisələrinin müstəqil və beynəlxalq təhqiqinə çağırmışdır. Beynəlxalq İnsan Hüquqları təşkilatının hesabatında Özbəkistan hökuməti mayın 13-də Əndijanda baş verən hadisələrlə bağlı düzgün məlumat verməməkdə günahlandırılır. Həmin gün 20-dən çox müsəlman sahibkarın həbsinə etirazlarını bildirən qəzəbli nümayişçilərə İslam ekstremistləri adı altında güc işlədilmişdi. Bir gün sonra hökumətin asayişin bərpası əmri ilə yüzlərlə insan ordu tərəfindən qətlə yetirilmişdi.

Özbəkistanı avtoritar üsulla idarə edən prezident İslam Kərimov hadisələr zamanı qətlə yetirilən 187-dən çox insanın ölümündə İslam exstremistlərini günahlandırır. O, ordunun mülki vətəndaşları atəşə tutduğunu inkar edir. Bu gün Daşkənddə mayın 13-ü hadisələri ilə əlaqəsi olan 15 nəfərin məhkəməsi başlayıb. Beynəlxalq İnsan Hüquqları Təşkilatının Moskva idarəsinin direktor müavini Aleksandr Petrov məhkəmənin ədalətli keçiriləcəyinə şübhə etdiyini deyib. O, təşkilatın hökumətin istintaqı necə apardığı və hökumət qüvvələrinin məsuliyyətə cəlb edilməsindən boyun qaçırdığından narahat olduğunu bildirib. Amnesti İnternational insan hüququları təşkilatı da həmçinin eyni bəyanatla çıxış edərək, prezident Kərimovun beynəlxalq təhdiqatdan boyun qaçıqdığını bildirib. Xatırladaq ki, Əndican hadisələri ilə əlaqədar 100-dən artıq adam ittiham edilir. Özbək rəsmilərinin bildirdiyinə görə, onları ya uzun müddətli həbs və ya ölüm cəzası gözləyir.

XS
SM
MD
LG