Bu gün Almaniyada ölkədə iqtiasdi islahatların istiqmətini müəyyənləşdirəcəyi gözlənilən parlament seçkiləri keçirilir. Günortadan sonra 2002-ci ildəkindən bir qədər az, 42 faizə yaxın seçicinin iştirak etdiyi bildirilir. Son rəy sorğuları mühaifəzakar namizəd Ancela Merkelin Xristian Demokratlar Birliyinin kansler Gerhard Şröyderin mərkəz-solçu Sosial Demokrat partiyasından irəlidə olduğunu göstərir. Lakin seçicilərin 25 faizi səslərini kimə verəcəklərini müəyyənləşdirmədiyi üçün rəqiblər arasında fərqin az olacağı gözlənilir. İki rəqib partiyanın “böyük koalisiya” yaratmağa məcbur ola biləcəyi deyilir. Almaniyada ilk qadın kansler olacağına ümid edən xanım Merkel iqtisadiyyatı dirçəldəcəyinə, yeni iş yerləri açacağına və vergiləri azaldacağına söz vermişdir. Cənab Şröyder isə ölkənin tərəqqisini saxlamaqla, islahatları davam etdirəcəyini vəd etmişdir.