Accessibility links

Filippin prezidenti hökumət sistemində dəyişikliklərə çağırıb


Filippin prezidenti Qloria Arroyo bü gün Konqresə xəbərdarlıq edib ki, hökumət sistemində təcili surətdə əsəslı dəyişiklikləri nəzərdə tutsun. O, bununla Amerikasayağı prezidentlik sistemindən parlament sisteminə keçilməsini təklif edib. İndiyə qədər istefa çağırışlarını rədd edən xanım Arroyo bu gün konqresdə etdiyi hesabat məruzəsində ölkənin siyasi sisteminin iqtisadi inkişafa mane olduğunu deyib. Prezident Arroyonun bu gün Konqresdə etdiyi illik hesabat məruzəsi müxalifətin impiçment təklifindən bir neçə saat sonraya təsadüf edir. Onu ayaq üstə alqışlayan konqres qarşısında xanım Arroyo dövlətin siyasi sisteminin iqtisadi sistemin inkişafına mane olduğunu və konstitusiyada dəyişikliklər edilməsi lazım olduğunu dedi. 20 dəqiqəlik çıxışında xanım Arroyo xüsusi məsələlərə toxunmamış, lakin demişdir ki, hal-hazırda olan prezident sistemi ilə hər hansısa dəyişikliklər etmək mümkün deyil və buna görə də balanslı bir parlament sisteminə keçmək lazımdır.

İyun ayında xanım Arroyonun bir seçki nümayəndəsi ilə telefon söhbəti olduğu iddia edilən səs yazısının aşkar edilməsindən sonra onun istefası haqda çağırışlar artmışdır. Həmin telefon söhbətində seçki nümayəndəsinə sual verilir ki, prezidentin bir milyon səs fərqi ilə qələbə çalması üçün nə etmək lazımdır. Xatırladaq ki, xanım Arroyo 2004-cü ildə bir milyon səs fərqi ilə prezident seçilmişdi.

XS
SM
MD
LG