Bazar günü Qırğızstanda prezident seçkiləri keçiriləcək. Müvəqqəti prezident Kurmanbek Bakiyevin qələbə çalacağı gözlənilir. Onun əsas rəqibi Feliks Kulov dünən namizədliyini geri götürüb. Yerli xəbərlərə əsasən, rəsmilər bazar günü mart hadisələrinin təkrar ola biləcəyindən narahatdırlar. Prezident seçkilərini müşahidə edənlər seçiciləri sakitliyə çağırırlar.