Beş ölkənin liderləri və idmançıları 2012-ci il Yay Olimpiya oyunlarının təşkili üçün Sinqapurda kampaniya aparır. Onların bu tədbiri çərşənbə günü Beynəlxalq Olimpiya Komitəsinin 2012-ci il Olimpiya oyunlarının hansı şəhərdə təşkil ediləcəyi barədə qərar qəbul edəcəyi ərəfəsinə təsadüf redir. Beş şəhərin rəsmiləri və idmançıları Beynəlxalq Olimpiya Komitəsinin Sinqapur yığıncağı ərəfəsində şəhərlərində olimpiya yaraışlarının təşkili üçün lobbiçilik fəaliyyətlərini davam etdirirlər. Beynəlxalöq Olimpiya Komitəsinin 116 üzvü çərşənbə günü keçirəcəyi yığıncaqda bu barədə qərar qəbul edəcək. Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi London və Parisin yüksək idman sahələrinə malik olmalarını nəzərə alaraq onlara üstünlük vermişdi. Britaniyanın Baş Naziri Toni Bleyer bu gün Sinmqapurda etdiyi çıxışında komitənin Londona üstünlük veriləcəyinə ümid bəslədiyini bildirib. London iki dəfə Olimpiya oyunlarına ev sahibliyi edib. Fransa prezidenti Jak Şirak Olimpiya yarışlarının Parisdə təşkili ümidi ilə bu gün Sinqapura gedib. Paris 1992-ci və 2008-ci illərdə namzid göstərilməsinə baxmayaraq qələbə əldə edə bilməyib. O, yalnız 81- il əvvəl Yay Olimpiya oyunlarına ev sahibliyi etmişdi. Nyu Yorka gəldikdə isə demək lazımdır ki, o indiyə qədər Olimpiya yarışlarına ev sahibliyi etməyib. Buna görə də şəhərin rəsmiləri və idmançıları Olimpiya yarışının Nyu Yorkda təşkili üçün ciddi kampaniya aparırlar. Qeydə edək ki, İspaniyanın Baş Naziri Hoze Luis Rodriges Zapatero və kralıca Sofiya da Oplimpiya yarışlarının Madriddə təşkili üçün kampaniya aparırılar. Mosvanın meri Yuri Luşkov da yarışların şəhərində təşkil ediləcəyinə nikbin olduğunu bildirib.