Dövlət katibi Kondoliza Rays İraqın yeni hökumətinə beynəlxalq dəstək toplamaq məqsədilə keçirilən konfransda iştirak etmək üçün Brüsseldədir. Konfransda İraqın liderləri, dünyanın 80-dən çox ölkəsinin rəsmiləri və BMT-nin baş katibi Kofi Annan iştirak edir. Bundan öncə Yaxın Şərqə səfərinin son dayanacağı olan Səudiyyə Ərəbistanında olan xanım Rays demokratik islahatlar çağırışlarını bir daha dilə gətirmişdir. Səudiyyə Ərəbistanın xarici işlər naziri şahzadə Səud əl-Feysəllə keçirilən mətbuat konfransında Kondoliza Rays demişdir ki, “daha çox azadlıq nifrət ideologiyasının uzun müddət üçün ən yaxşı müalicəsidir”. Səudiyyə Ərəbistanının xarici işlər naziri siyasi islahatların ölkənin özündə xalqın özü tərəfindən başlamalı olduğunu vurğulamışdır.