Accessibility links

İranda hicab taxmadığı üçün polis tərəfindən saxlanıldıqdan sonra komaya düşən 16 yaşlı qız ölüb


İranda hicab taxmadığı üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra komaya düşən 16 yaşlı Tehran sakini Armita Geravand ölüb. Bu barədə CNN İran dövlət mediasına istinadən xəbər verir.

Tasnim agentliyinin məlumatına görə, Geravandın saxlandığı klinikanın həkimləri qızı xilas etmək üçün hər cür səy göstərsələr də, sonda ona beyin ölümü diaqnozu qoymağa məcbur olublar.

İranlı hüquq müdafiəçilərinin bildirdiyinə görə, qız hicabsız olduğu üçün 2023-cü il oktyabrın 1-də metronun “Şohada” stansiyasında saxlanılıb.

İranın kürdlərin insan haqları təşkilatı Hengaw-un verdiyi məlumata görə, polis faktiki olaraq Geravanda hücum edib, o, ağır xəsarətlər alıb və nəticədə komaya düşüb. Hüquq-müdafiə təşkilatının mənbəsinin bildirdiyinə görə, qız xəstəxanada İran təhlükəsizlik işçilər tərəfindəni qorunub. Ziyarətçilərə, o cümlədən ailə üzvlərinə onu görməyə icazə verilməyib. Bundan başqa, təhlükəsizlik qüvvələri reportaj çəkmək üçün xəstəxanaya gələn jurnalisti saxlayıb.

İran rəsmiləri polis zorakılığı ilə bağlı iddiaları təkzib edib və Geravandın huşunu itirdiyini iddia ediblər. Dövlət mediası onun valideynləri müsahibələri yayımlayaraq, eyni fikri təkrarlayıb. Lakin Geravəndin anası bundan əmin olmadığını vurğulayır. “Məncə, qızımın təzyiqi düşüb, çox da əmin deyiləm, amma deyirlər ki, təzyiq aşağı düşüb”, o deyib. Hüquq müdafiəçilərinin fikrincə, hakimiyyət Geravandın valideynlərinə təzyiq edib.

İranın dövlət xəbər agentliyi İRNA hadisənin baş verdiyi stansiyanın kamera görüntülərini nümayiş etdirib. Burada Geravand və iki dostunun qatara necə girdiyini, bundan sonra o, demək olar ki, dərhal huşsuz vəziyyətdə platformaya aparıldığını göstərilir. Qatarda baş verənlərlə bağlı heç bir görüntü yoxdur.

2022-ci ilin sentyabrında iranlı fəal Məhsa Əmini Tehranda vəfat edib. Geravənd kimi o da hicabsız olduğu üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya yerləşdirilib. Əmininin ölümündən sonra bütün ölkəni etiraz dalğası bürüyüb və nəticədə əxlaq polisi on aya yaxın patrul xidməti aparmayıb. Onlar 2023-cü ilin iyulunda İran küçələrinə qayıdıblar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG