Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Ştefan Şennak (Avstriya) və Rocer Qeyl (Böyük Britaniya) bəyanat yayaraq hakimiyyətin pandemiyaya qarşı mübarizə adı altında öz tənqidçilərini təqib etməsindən narahat olduqlarını bildiriblər. Məruzəçilər həmçinin ədalətsiz məhkəmə prosesləri zamanı mühakimə olunan və beynəlxalq birlik tərəfindən siyasi məhbus hesab edilən məhbusların təhlükəsizliyi ilə bağlı narahatdırlar. Stefan Şennak Amerikanın Səsinə müsahibədə siyasi fəalların həbsi və karantin rejimi zamanı təqiblər barədə danışıb.
Amerikanın Səsi: Son bir neçə həftədə Azərbaycanda siyasi fəalların həbs olunmasına münasibətiniz nədir?
Stefan Şennak: Bu vəziyyət bizi çox narahat edir. Dünən AŞPA bəyanat yaydı. Hazırda müxalifətə qarşı təzyiq çirkindir. Əli Kərimli və digərlərinə olunan təzyiqlər qəbuldilməzdir. Bundan əlavə COVID-19 pandemiyası səbəbilə də bir neçə insan həbs olunub. Pandemiyadan istifadə edərək insanları həbsə atmaq olmaz. Ölkə bu cür idarə olunmamalıdır.
Amerikanın Səsi: Sizcə nə üçün hökümət pandemiyadan istifadə edərək siyasi fəalları təqib edir?
Stefan Şennak: Çox yaxşı sualdır və mən bu suala cavab verə bilməyi çox istərdim. Amma mən seçkidən sonra bu cür reaksiyanın səbəbini bilmirəm. Bəlkə bizim hesabatımız çox sərt idi, ya da müxalifət çox uğurlu idi. Bilmirəm. Başqa nə ola bilər ki? Son iki ayda hər həftə Azərbaycandan gələn xəbərlər yaxşı deyil.
Amerikanın Səsi: Azərbaycanın Ali Məhkəməsi bir neçə həftə öncə İlqar Məmmədov və Rəsul Cəfərli barədə bəraət qərarı verdi. Siz bunu demokratiyaya doğru atılan müsbət addım olaraq görürsünüzmü?
Stefan Şennak: Mən bunu Avropa Şurası ilə münasibətləri düzəltmək yolunda atılan bir addım olaraq görürəm, çünki onlar Avropa Şurasına daxil olanda Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirəcəklərinə söz vermişdilər. Və Parlament Assambleyası və Nazirlər Kabineti onlarla bağlı qərarların icra olunması üçün Israr etdi. Biz açıq aydın bildirdik ki, bu, oyun deyil və onlar Avropa Məhkəməsinin qərarlarını icra etməlidirlər. Bəraət qərarının ardınca biz bəyanat yaydıq və dedik ki, indi hökümət düzgün yoldadır, və heç bir siyasi oyun olmadan onlar barədə bəraət qərarı verdi. Amma bunun ardında da hökümət başqlarına qarşı təqiblərə başladı.
Amerikanın Səsi: Azərbaycan hökümətinə mesajınız nədir?
Stefan Şennak: QHT-lərə və siyasi partiyalara qarşı təzyiqləri dayandırın. Nifrət çıxışlarına son qoyun. Mətbuat azadlığını, sərbəst toplaşmaq azadlığını təmin edin. Azərbaycan xalqının buna ehtiiyacı var.
Bu arada Azərbaycan höküməti təhlükədə deyil. Əgər onlar həqiqətən də azad və ədalətli seçki keçirsələr, onların partiyası səslərin 50 faizindən çoxunu qazanar. Burda problem nədədir? Avropadakı hər bir ölkə, hər bir hökümət 50 faizdən çox səs toplasa çox sevinər.
QHT-lərə və siyasi partiyalara qarşı təzyiqləri dayandırın. Nifrət çıxışlarına son qoyun. Mətbuat azadlığını, sərbəst toplaşmaq azadlığını təmin edin. Azərbaycan xalqının buna ehtiiyacı var.
Amma onların nədən qorxduqlarını heç kim bilmir. Ölkədə heç kəs onların nə üçün fevralda növbədənkənar seçki keçirdiklərini bilmir. Bəlkə də onlar parlamentdəki insanları dəyişmək istəyirdilər. Problem Milli Məclisin özündə deyil, çünkü parlament prezidentin və hökümətin istədiklərini edir. Bəlkə də, onlar sadəcə bəzi insanları dəyişmək istəyirdilər.
Biz Avropa Şurası olaraq müşahidə edib, bəyanat verib, hesabat yaya bilərik. Bəzi QHT-lər bizim Azərbaycanın üzvlüyünü müvəqqəti ləğv etməyimizi istəyirlər. Amma mən bunun əleyhinəyəm. Biz Rusiyanın səsvermə hüququnu əlindən alanda gördük ki, bu nəticə vermir.
Biz keçmişdə Azərbaycana kiçik cəzalar tətbiq etmişik. Məsələn bir dəfə Bakıda iki il boyunca beynəlxalq konfransların keçirilməməsinə, Avropa Şurasının heç bir konfransının Bakıda keçirilməməsinə dair qərar verdik, çünkü beynəlxalq ictimaiyyətin Bakıya gəlməsi Azərbaycan hökümətinin xoşuna gəlir.
Amma heç kəs Azərbaycanı uzaqlaşdırmağı nəzərdən keçirmir.
Mən Azərbaycandakı QHT-lərdən məktub alıram və onlar Azərbaycanın yeni nümayəndə heyətinin təsdiq olunub-olunmadığını soruşurlar. Bəli, təsdiq olunub. Amma heç bir iclas olmayıb, çünki sentyabra qədər plenar iclas olmayacaq. Onlar bütün tələbləri qarşılayıblar, çünki nümayəndə heyətində fərqli siyasi partiyalardan həm kişlər, həm qadınlar var. Amma həmin digər partiyaların nə olduğunu bilirik. Onlar elə hamısı eyni partiyaya aiddir. Məni həm də hər zaman müstəqil namizədlər güldürür. Müstəqil namizədlər həmişə hakim partiya kimi səs verirlər.