Accessibility links

AŞPA məruzəçilərinin İlqar Məmmədov işinə reaksiyaları


İlqar Məmmədov və Thorhildur Sunna Evarsdóttir (Foto İlqar Məmmədovun Facebook səhifəsindənidr)
İlqar Məmmədov və Thorhildur Sunna Evarsdóttir (Foto İlqar Məmmədovun Facebook səhifəsindənidr)

Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanda haqqında bildirilmiş siyasi məhbuslar” üzrə məruzəçisi Torhild Sunna Evarsdottir yanvarın 7-də Azərbaycan hakimiyyətinin Avropa İnsan Haqları Məhkəməsinin əsas qərarlarını icra etməməsinə reaksiya verib.

Avropa Şurası Nazirlər Kabineti Azərbaycan hökumətinin bu qərarları icra etməsi üçün 2019-cu il, dekabrın 31-dək vaxt vermişdi.

Məruzəçinin AŞPA-nın saytında dərc olunmuş bəyanatında deyilir:

“Mən Azərbaycan hakimiyyətinin İlqar Məmmədovun və Avropa Məhkəməsinin qərarında deyildiyi kimi, işlərində ədliyyə sistemindən siyasi motivlərlə sui-istifadə edilmiş başqa şəxslərin ittihamlarını ləğv etməməsindən dərin məyusluq hissi keçirirəm”.

Sunna Evarsdottir deyib ki, ittihamlar yanvarın 10-dək ləğv edilməsə, sözü gedən şəxslər Azərbaycan parlamenti seçkisində iştirak edə bilməyəcəklər.

Məruzəçinin sözlərinə görə belə olarsa, Azərbaycanın AŞPA-dakı mövqeyi ciddi şəkildə zəifləyəcək.

O xatırladıb ki, AŞPA bu ayın sonlarında onun Azərbaycana dair hesabatını müzakirəyə çıxaracaq.

Bu hesabat Avropa Şurasının Hüquqi İşlər və İnsan Haqları Komitəsində yekdilliklə qəbul olunub.

Öz növbəsində Avropa Şurası Monitorinq Komitəsinin (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) Avropa Məhkəməsinin REAL-ın rəhbəri İlqar Məmmədovun və digər 7 fəala qarşı məhkəmə qərarlarının ləğvi ilə bağlı qərarının Azərbaycan tərəfindən icra edilməməsinə öz təəssüflüyünü ifadə ediblər.

Stefan Şennak
Stefan Şennak

Bu barədə AŞPA-nın məlumatında deyilir.

Məlumatda deyilir ki, bu şəxslərə qarşı Məhkəmə qərarının icra müddəti 31 dekabr 2019-cu ildə başa çatıb.

"Hər şeyin mənası budur ki, Azərbaycan hakimiyyəti dərhal və lazımi tədbirlər görməsə - namizədlik veriləcək 10 yanvar tarixinə qədər - cənab Məmmədov və həmkarları bu ilin 9 fevralında keçiriləcək Azərbaycanda keçiriləcək ümumi seçkilərdə iştirak edə bilməyəcəklər. Bu da öz növbəsində həmin seçkilərin etibarlılığının bütün demokratik əsaslarını şübhə altına alacaqdır ”deyə həmməruzəçilər narahatlığını ifadə ediblər.

Həmməruzəçilər söz və sərbəst toplaşmaq azadlığının azad və ədalətli seçkilər üçün zəruri şərt olduğunu vurğulayıblar.

İnsan haqları müdafiəçisi Rəsul Cəfərov bu hadisə ilə bağlı özünün Facebook səhifəsində yazıb:

“Azərbaycan hakimiyyətinin bu gün Avropa Şurası Nazirlər Komitəsinə verdiyi rəsmi cavabdan sonra tam əminliklə demək olar ki, İlqar Mammadovla yanaşı Real Cümhuriyyətçilər İttifaqı Koalisiyasından Zaur Gurbanli və bəndəniz parlament seçkilərindən siyasi qərar nəticəsində kənar saxlanıldı. Olsun, iştirak edəcəyimiz və qalib gələcəyimiz seçkilər qarşıdadır”.

O habelə yazır ki, Avropa Məhkəməsinin onun barəsində qərarının icrası istiqamətində də mövcud olan bütün mexanizmlərdən istifadə etməyi planlaşdırır.

ReAL sədrinin sözlərinə görə, o təqdimatda bildirib ki, Azərbaycan hakimiyyəti bilərəkdən AİHM-in onun barəsində çıxartdığı bəraət qərarını uzun illərdir icra etmir.

Bundan öncə isə Avropa Şurasının Nazirlər Komitəsi bildirmişdi ki, Azərbaycan höküməti 8 nəfərin üzərindən məhkumluğu qaldırılmalıdır.

Bu şəxslər ReAL partiyasının sədri İlqar Məmmədov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov və NİDA Vətəndaş Hərəkatının 2013-cü ildə həbs edilmiş 4 üzvüdür.

XS
SM
MD
LG