Accessibility links

Açıq hökumətin Yol xəritəsi təqdim edilib


Açıq hökumətin Yol xəritəsi təqdim edilib
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Açıq hökumətin Yol xəritəsi təqdim edilib

Sənəd 2019-2021-ci illəri əhatə edəcək

“Vətəndaş cəmiyyəti institutları üçün əlverişli mühitin yaradılması, informasiyaya əlçatanlığın artırılması, maliyyə şəffaflığı, korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi (Hasilat sənayesində şəffaflığın artırılması), ictimai iştirakçılığın genişləndirilməsi, yerli dövlət və özünüidarə orqanalrının və ictimai xidmətlər göstərən təşkilatların, ədalət mühakiməsinin səmərəliliyinin artırılması Milli Fəaliyyət Planının əsas prinsipləri olmalıdır.

Açıq hökumətin Yol xəritəsi təqdim edilib
Açıq hökumətin Yol xəritəsi təqdim edilib

Bu tezislər “Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində “Azərbaycanda Açıq hökumətin təşviqinə dair 2019-2021-ci illlər üzrə Milli Fəaliyyət Planının hazırlanması üçün “Yol xəritəsi”nin müzakirəsi ilə bağlı keçirilən dəyirmi masanın əsas müzakirə mövzusu olub.

Dəyirmi masada Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin rəhbəri, Vətəndaş Cəmiyyəti Platformasının üzvləri, müstəqil ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin rəhbəri Kamal Cəfərov bildirib ki, Azərbaycan hökuməti Beynəlxalq Açıq Hökumət Təşəbbüsü çərçivəsində mühüm işlər həyata keçirib və yeni plan qəbul edildikdən sonra da bu sahədə işlər görəcək.

“Azərbaycanın Milli Fəaliyyət Planının icrası çərçivəsində elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsi, ictimai iştirakçılıq, maliyyə şəffaflığının təmin edilməsi, açıq məlumat bazalarının yaradılması, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər yüksək səmərə verir”, o qeyd edib.

Açıq hökumətin Yol xəritəsi təqdim edilib
Açıq hökumətin Yol xəritəsi təqdim edilib

“Konstitusiya Araşdırmaları” Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Milli Fəaliyyət Planı açıq hökumət islahatlarının genişlənməsi üçün geniş platforma yaradır.

“Dövlət orqanlarının fəaliyyətində şəffaflıq, hesabatlılığın artırılması, ictimai iştirakçılıq və nəzarət mexanizmlərinin daha işlək olması, vətəndaşlara və biznesə dövlət xidmətlərinin göstərilməsi, ASAN Xidmət təcrübəsinin daha geniş arealı əhatə etməsinə nail olunması, ictimai vəsaitlərin səmərəli istifadəsi, elektron xidmətlərin inkişaf etdirilməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsi sahəsində irəliləyişlər, təkmilləşdirmə aparılması və innovasiyaların tətbiqi yeni hazırlanacaq fəaliyyət planının əsas prioritetləridir”, o qeyd edib.

İqtisadi Təşəbbüslərə Yardım Mərkləzi İctimai Birliyinin eksperti Samir Əliyev “2019-2021-ci illər üzrə Milli Fəaliyytyə Planın”ın Yol xəritəsini təqdim edib.

Açıq hökumətin Yol xəritəsi təqdim edilib
Açıq hökumətin Yol xəritəsi təqdim edilib

Müzakirələrdə QHT-lərin qeydiyyatının asanlaşdırılması, qrant layihələri ilə bağlı mühitin liberallaşdırılması, azad medianın rolunun artırılması və digər məsələlər diqqət mərkəzində olub.

Azərbaycan 2011-ci ildən Açıq Hökumət Təşəbbüsünün dəstəklədiyini bəyan edib. 2016-cı ilin mayın 4-də Azərbycanın statusu müvəqqəti dondurulub. Hazırda ölkə bu qurumun işində müşahidəçi statusunda iştirak edir.

Azərbaycan Açıq hökumətin təşviqinə dair 2012-2015 və 2016-2018-ci illər üçün “Milli Fəaliyyət Planı”nə həyata keçirib.

XS
SM
MD
LG