Accessibility links

Starmer: Gec-tez Rusiya sülhü qəbul etməlidir


Birləşmiş Krallığın Baş naziri Kir Starmer "iradəlilərin koalisiyası" kimi təqdim edilən qrupun virtual görüşündə. 15 mart, 2025-ci il.
Birləşmiş Krallığın Baş naziri Kir Starmer "iradəlilərin koalisiyası" kimi təqdim edilən qrupun virtual görüşündə. 15 mart, 2025-ci il.

Böyük Britaniya lideri şənbə günü iki ölkə arasında döyüşlərə son qoymaq üçün keçirilən virtual görüşün əvvəlində qlobal həmkarlarını Rusiya və Ukrayna arasında atəşkəs üçün səyləri davam etdirməyə təşviq edib.

Böyük Britaniyanın baş naziri Kir Starmer, əsasən Avropa liderlərindən ibarət virtual görüşdə deyib ki, “gec-tez” Rusiya üç illik münaqişədə atəşkəs əldə etmək üçün danışıqlara getməli olacaq.

O, Avropa, eləcə də Avstraliya, Yeni Zelandiya və Kanada liderlərindən ibarət olan və ABŞ-ın daxil olmadığı “iradəlilərin koalisiyası” kimi təqdim edilən qrupa müraciət edib.

Starmer 2022-ci il fevralın 24-də Ukraynanı işğal edən Rusiyanın prezidenti Vladimir Putin haqqında "Gec-tez, o, masaya gəlməli olacaq" dedi.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Moskvanı ABŞ və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında razılaşdığı atəşkəs razılaşmasını qəbul etməyə çağırıb, ABŞ dövlət katibi Marko Rubio isə “top Rusiyanın meydançasındadır” demişdi.

Putin nəzəri olaraq atəşkəslə razılaşdığını bildirib, lakin Rusiyanın hələ də hər hansı razılaşmanı qəbul etməzdən əvvəl həll edilməli olan müəyyən şərtləri və sualları olduğunu deyib.

Ukrayna prezidenti Volodimir Zelenski gecə videomüraciətində Putinin cavabını yubatması və çox sayda şərt qoyması səbəbindən heç nəyə nail olunmayacağını bildirib.

Bu arada ABŞ Rusiyanın neft və qazına, eləcə də maliyyə sektorlarına qarşı sanksiyaları genişləndirib.

Şənbə günü dünya liderləri arasında keçiriləcək müzakirə Ukraynaya gələcək hərbi və maliyyə dəstəyi və sülh razılaşması əldə olunarsa, Zelenskinin təhlükəsizlik problemlərini həll edə bilər. Zelenski şənbə günü onlayn videosessiyada iştirak edib.

Forum

XS
SM
MD
LG