Accessibility links

“Meydan TV” əməkdaşlarının həbs müddətləri artırılıb


Kollaj: Meydan TV-nin həbs edilən əməkdaşları
Kollaj: Meydan TV-nin həbs edilən əməkdaşları

Martın 14-də həbsdə olan “Meydan TV” əməkdaşlarının həbs qətimkan müddətlərinin artırılması ilə bağlı istintaqın verdiyi təqdimata baxılıb.

Xətai Rayon Məhkəməsində ayrı-ayrılıqda keçirilən iclaslarda “Meydan TV” işi üzrə həbs olunan jurnalistlər Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı, Aysel Umudova, Şəmşad Ağa, Ramin Cəbrayılzadə (Deko), Ülvi Tahirov və Fatimə Mövlamlının barələrində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar verilib.

Eyni gündə “Meydan TV” işi üzrə həbsdə olan daha bir jurnalist Nurlan Qəhrəmanlının (Libre) da məhkəmə iclası təyin olunsa da, onun vəkili iclasda iştirak edə bilmədiyindən məhkəmə təxirə salınıb. Bu barədə Qəhrəmanlının həyat yoldaşı Əsli Əlizadə məlumat verib. O deyib ki, proses barədə vəkilə son anda məlumat verilib.

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Fevral ayında isə jurnalistlər Şəmşad Ağa, Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlı da eyni maddələrlə “Meydan TV” işi çərçivəsində həbs olunublar.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. “Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib. Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG