Kaliforniyada federal hakim cümə axşamı ABŞ-ın altı agentliyinə sınaq müddətində olan, daha sonra isə Prezident Donald Trampın federal hökumətdəki ixtisarları çərçivəsində işdən çıxarılan minlərlə işçini işə geri götürməyi əmr edib.
ABŞ-ın Dairə hakimi Vilyam Alsupun San Fransiskoda məhkəmə dinləməsində verdiyi qərar ABŞ Müdafiə Nazirliyi, Veteran İşləri üzrə Departament, Kənd Təsərrüfatı Departamenti, Energetika Departamenti, Daxili İşlər Departamenti və Maliyyə Departamentinə şamil olunur.
Alsup ötən ay müvəqqəti olaraq federal idarələrin insan resursları şöbəsi olan ABŞ-ın Kadrların İdarəsi Ofisinin agentliklərə sınaq müddətində olan işçiləri işdən çıxarmalarına göstəriş vermələrinin qarşısını alıb, amma həmin zaman işdən çıxarılan işçilərin işlərinə qaytarmalı olduqlarını deməyib.
Sınaq müddətində olan işçilər adətən cari vəzifələridə bir ildən az bir müddətdə olan işçilərdir, baxmayaraq ki, onlaırn bəziləri uzun müddətdir ki, federal işçidir. Onlar başqa hökumət işçiləri ilə müqayisədə iş yerlərinin qorunması ilə bağlı daha az müdafiələrə malikdirlər, amma adətən sadəcə olaraq performansla əlaqədar məsələlərə görə işdən çıxarıla bilərlər.
Alsup cümə axşamı bildirib ki, OPM-in işdən çıxarılmalar barədə qərar vermək səlahiyyəti yoxdur və onun yanlış bir şəkildə altı idarədə işçilərin işdən çıxarılmasına göstəriş verdiyinə dair sübutlar mövcuddur. O, məhkəmə işində həmkarlar ittifaqları və qeyri-kommersiya təşkilatlarının adını çəkdiyi digər 16 idarəyə işçilərin işlərinə bərpa etmələrinə göstəriş verməyib.
“Hökumətimiz yaxşı bir işçini işdən çıxarıb, bunun onun performansına əsaslandığını deyib, amma əslində bunun yalan olduğu bilməsi çox təəsüfedicidir,” Alsup deyib.
Trampın ABŞ-ın federal hökumətini kiçiltmək səylərinin potensial miqyası agentliklərin ikinci kütləvi ixtisar dalğası və büdcələrini kəsməklə bağlı planlarını təqdim etmələri üçün son möhlət tarixi olan cümə axşamı günü daha aydın bir hal ala bilər.
Forum