Accessibility links

Tramp Maska dəstək nümayiş etdirmək üçün Tesla alacağını deyir


İnsanlar Kaliforniya ştatında Palo Altoda Tesla avto salonu qarşısında Tesla və Elon Maska etiraz edirlər, 8 mart 2025.
İnsanlar Kaliforniya ştatında Palo Altoda Tesla avto salonu qarşısında Tesla və Elon Maska etiraz edirlər, 8 mart 2025.

Elon Maskın artan siyasi reaksiya və maliyyə problemləri ilə üzləşdiyi bir vaxt ABŞ prezidenti Donald Tramp ən güclü məsləhətçisinə qeyri-adi dəstək nümayiş etdirərək, Tesla avtomobili alacağını bildirib.

Bu, Trampın keçən il siyasi dönüş kampaniyasına böyük maliyyə xərcləyən və onun ikinci administrasiyasında əsas fiqurlardan biri olan Maska sadiqliyini nümayiş etdirməsinin ən son nümunəsidir.

Respublikaçı prezident çərşənbə axşamı “həqiqətən çox möhtəşəm bir amerikalı olan Elon Maska inam və dəstək nümayişi” olaraq yeni Tesla alacağını açıqlayıb.

Maskın elektrik avtomobil şirkəti satışların azalması və indeks fondunun düşməsi kimi problemlərlə qarşılaşıb.

O, Tesla avtomobil istehsalçısı, həmçinin sosial media platforması X və raket istehsalçısı SpaceX şirkətini idarə etməyə davam edir və eyni zamanda federal hökumətin yenidən qurulması və kiçildilməsi ilə bağlı Trampın məsləhətçi kimi fəaliyyət göstərir.

“Elon Musk ölkəmizə kömək etmək üçün hər şeyi riskə atır və FANTASTİK bir iş görür! Lakin radikal solçu dəlilər tez-tez etdikləri kimi Elona və onun müdafiə etdiyi hər şeyə hücum etmək və onlara zərər vermək üçün dünyanın ən böyük avtomobil istehsalçılarından biri və Elonun “körpəsi” olan Teslanı qeyri-qanuni və kollektiv şəkildə boykot etməyə çalışırlar”, Tramp sosial şəbəkədə yazıb.

Ağ Ev Trampın alqının necə aparılacağı və ya avtomobilin harada saxlanacağı kimi planları barədə ətraflı məlumat verməyib.

Prezidentlər təhlükəsizlik səbəbi ilə demək olar ki, heç vaxt maşın sürmürlər. Co Bayden yerli istehsalı təşviq etmək üçün elektrik yük maşınının sükanı arxasına keçmişdi, Barak Obama isə komediya şousu üçün Cerri Saynfeldlə avtomobildə Ağ Evin ətrafında dövrə vurmuşdu.

Mask hökumətlə milyardlarla dollarlıq müqavilələri ilə dünyanın ən zəngin adamıdır. O həmçinin Hökumətin Səmərəliliyi Departamenti və ya DOGE vasitəsilə Tramp administrasiyası üzərində böyük təsirə malikdir və prezidentlə tez-tez səyahət edir.

Bazar ertəsi Fox Business Network kanalına müsahibə zamanı aparıcı Larri Kudlov Maskdan Trampa məsləhət verməklə yanaşı “digər bizneslərinizi necə idarə edirsiniz” sualını verib.

“Böyük çətinliklə”, Mask cavab verib.

“Ancaq siz deyirsiniz ki, geriyə yol yoxdur?” Kudlov soruşub.

“Mən sadəcə olaraq hökuməti daha səmərəli etməyə, israfçılığı və saxtakarlığı aradan qaldırmağa çalışıram”, Mask deyib.

Tesla son vaxtlar etirazlar və vandalizm halları ilə üzləşib. Polis Oreqon ştatında avto salonda atəş səsləri ilə bağlı xəbərləri araşdırır, yanğınsöndan mühafizə idarəsinin rəsmiləri isə Sietldə Tesla avtoparkında dörd Cybertruck avtomobilinin yanmasına səbəb olan yanğını araşdırır.

Ağ Ev bəzən əvvəllər heç vaxt dövlət qulluğunda işləməmiş və bu yolda səhvlərə yol verəcəyini etiraf edən Maskın vaxtaşırı səhvlərini düzəltməli olur.

Məsələn, Maskın bazar ertəsi günü Sosial Müdafiə kimi hökumət müavinətlərində fırıldaqçılıqla bağlı şişirdilmiş təxminlər təqdim etməsi Demokratların populyar proqramlarda ixtisarlar planlaşdırıldığını iddia etməsinə səbəb oldu.

“Federal xərclərin əksəriyyəti müavinətlərdir”, Mask müsahibəsində deyib. “Bu, aradan qaldırılmalıdır”, o əlavə edib.

Ertəsi gün səhər Ağ Evin X səhfəsindəki hesabında xəbər təşkilatları “yalançı fırıldaqçılar” kimi tənqid edilib və Demokratlara yardımın azaldılması ilə bağlı “bizi saxta qəzəbdən xilas etmələri” deyilib.

“O, proqramlarda açıq-aydın İSRAFÇILAR haqqında danışırdı”, Ağ Evdən bildirilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG