Rəsmilərin bildirdiyinə görə, İndianadan səyahət etdiyi güman edilən silahlı şəxs bazar günü səhər saatlarında atışmadan sonra Ağ Evin yaxınlığında ABŞ-ın Məxfi Xidmətinin əməkdaşları tərəfindən vurulub.
Məxfi Xidmətin bəyanatına əsasən, Ağ Ev yaxınlığında gecə yarısı baş verən atışmada başqa heç kim xəsarət almayıb.
Həftəsonunu Floridadakı iqamətgahında keçirən prezident Donald Tramp hadisə zamanı Ağ Evdə olmayıb.
Məxfi Xidmətin yerli polisdən İndianadan səyahət edən və “intihar etməyi düşünən” şəxs haqqında məlumat aldığı və yaxınlıqda onun avtomobili və onun təsvirinə uyğun şəxsi aşkar etdiyi bildirilir.
“Zabitlər yaxınlaşdıqca, şəxs odlu silah çıxarıb və atışma baş verib və bu zaman şəxsi heyət tərəfindən atəş açılıb”, Məxfi Xidmətin bəyanatında deyilir.
Atəş açan şəxsin xəstəxanaya aparıldığı və vəziyyəti haqqında məlumatın olmadığı qeyd edilib.
Vaşinqton polisi insidentin araşdırıldığıını bildirib, lakin əlavə şərh verməkdən imtina edib.
Silahlı şəxslərin Ağ Evin ərazisində və ya yaxınlığında təhlükəsizlik əməkdaşları tərəfindən vurulması kimi illər ərzində oxşar hadisələr baş verib.
2023-cü ildə 20 yaşlı Sai Varşit Kandula kirayə götürdüyü yük maşını ilə Ağ Evin baryerlərini keçməyə çalışmışdı. 2016-cı ildə silahını Ağ Evin təhlükəsizlik qapısına istiqamətləndirən şəxs Məxfi Xidmət əməkdaşları tərəfindən vurulmuşdu.
Forum