ABŞ-da keçən ay 151,000 yeni iş yeri açılıb. Bununla belə Prezident Donald Trampın ticarət müharibəsi hədəsi, federal işçi qüvvəsini ixtisar etməsi və milyonlarla immiqrantı deportasiya etmək vədi narahatlıqları artırıb.
Əmək Nazirliyi cümə günü bildirdi ki, yeni iş yerlərinin sayı yanvar ayı ilə müqayisədə 125 min artıb. Lakin iqtisadçılar bu artımın 160 min olacağını gözləyiridi.
Üstəlik işsiz amerikalıların sayı 203 min nəfər artdığı üçün işsizlik nisbəti 4,1 faizə qalxıb.
Səhiyyə, maliyyə, nəqliyyat və anbar təsərrüfatı sahələrində məşğulluq artıb.
ABŞ Federal hökuməti 2022-ci ilin iyun ayından bəri 10,000 iş yerini təxirə salıb. İqtisadçılar Trampın federal işçiləri təxirə salmasının mart ayı üçün işsizlik hesabatına təsir göstərəcəyini düşünür.
Restoran və barlar, yanvar ayında təxminən 30,000 itki ilə yanaşı, keçən ay təxminən 28,000 iş yerini ixtisar edib.
Wells Fargo bankının aparıcı iqtisadçısı Sara Hausun fikrincə, Trampın Amerikanın ticarət tərəfdaşlarına tariflər tətbiq etməsi, proqramların xərclərinin azaldılması və federal işçi qüvvəsini ixtisara salması davam etdikcə işə qəbulun yavaşlamasını və işsizlik rəqəmlərini daha da artacaq.
Forum