Accessibility links

Tramp Ağ Evdə kriptovalyuta sammitinə ev sahibliyi edəcək


ABŞ Prezidenti Donald Trump cümə günü Ağ Evdə ən yaxşı kriptovalyuta nümayəndələrini qəbul edir. Bu, legitimlik qazanmaq üçün mübarizə aparan və Respublikaçı prezidentin maraqlarının toqquşması ilə üzləşdiyi sənaye üçün siyasi bir təkan olacağı gözlənilir.

Prezidentin “kripto çarı”, Silikon Vadisi investoru Devid Saks kriptovalyutaların inkişafını sürətləndirmək və sənayenin uzun müddətdir axtardığı legitimliyi təmin etmək məqsədi ilə tanınmış təsisçiləri, baş direktorları və investorları Trampın işçi qrupunun üzvləri ilə birlikdə görüşə dəvət edib.

Bu həftə Tramp “Strateji Bitkoin Ehtiyatı”-nın yaradılması haqqında sərəncam imzalayıb. Saks bu addımla onun koalisiyasının getdikcə daha vacib komponenti olacağına dair seçki kampaniyası zamanı verdiyi vədini yerinə yetirdiyini bildirib.

Sammitin qonaqları arasında Gemini kriptovalyuta platformasının yaradıcıları olan əkiz qardaşlar Kameron və Tayler Vinklvos, həmçinin Coinbase-in qurucusu Brayan Armstronq və əsas bitkoin investoru MicroStrategy-nin rəhbəri Maykl Seylor yer alır.

X-dəki paylaşımında Saks bildirib ki, tədbir dəyirmi masa şəklində keçiriləcək və ktiptovalyuta sənayesinin marağına baxmayaraq, Ağ Ev bu görüşü "kiçik fotmatda" saxlayacaq.

Kriptovalyuta tərəfdarları bu sahəyə fiziki şəxslərə ənənəvi bank sistemlərinə alternativ olaraq, mərkəzləşdirilmiş orqanlardan asılılığı azaldan maliyyə inqilabı kimi yanaşır.

Dünyanın ən çox satılan kriptovalyutası olan bitkoin, tərəfdarları tərəfindən qızılın əvəzi və ya valyutanın devalvasiyası, eləcə də siyasi qeyri-sabitliyə qarşı dayanıqlı bir maliyyə vasitəsi kimi xarakteizə edilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG