Accessibility links

ABŞ müdafiə naziri: Avropa liderliyi ilə NATO “qitədə müdafiənin gələcəyidir”


Böyük Britaniya müdafiə naziri Con Hili və ABŞ müdafiə naziri Pit Heqset. Vaşinqton, ABŞ. 6 mart, 2025-ci il.
Böyük Britaniya müdafiə naziri Con Hili və ABŞ müdafiə naziri Pit Heqset. Vaşinqton, ABŞ. 6 mart, 2025-ci il.

Cümə axşamı ABŞ-ın müdafiə naziri Pit Heqset Vaşinqton yaxınlığında yerləşən Pentaqonda Britaniya müdafiə nazirini qəbul edib və həmkarı ilə Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda necə bitirmək barədə müzakirə aparıb.

“Biz inanırıq ki, NATO-nun Avropa liderliyi, Birləşmiş Krallıq və digər ölkələrin öndə olduğu bu liderlik, qitədə müdafiənin gələcəyidir,” - Heqset bildirib.

Böyük Britaniyanın müdafiə naziri Con Hili isə Birləşmiş Krallığın müdafiə xərclərini artırdığını və bunu davam etdirəcəyini vurğulayıb.

“Siz bizi Ukrayna məsələsində, müdafiə xərclərində və Avropa təhlükəsizliyində daha fəal olmağa çağırdınız. Mən sizə deyirəm ki, biz artıq bu addımları atmışıq, atırıq və daha da atmağa davam edəcəyik,” – Hili bildirib.

Ukrayna və Rusiya arasında sülh danışıqlarının mümkünlüyü barədə danışan Hili, Böyük Britaniyanın Kyivin “unikal fürsətdən” maksimum istifadə etməyə hazır olduğuna inandığını bildirib.

Lakin ABŞ müdafiə naziri qeyd etdi ki, ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının bölüşməsini bərpa edib-etməyəcəyi məsələsi Prezident Donald Trampdan asılıdır.

“Biz gördüyümüz irəliləyişlərdən çox ruhlanırıq. Son qərarı o verəcək. Lakin hələlik bu proses dayandırılıb,” – deyə Heqset vurğulayıb.

ABŞ Müdafiə naziri əlavə edib ki, Tramp qan tökülməsinin dayandırılmasına “tam diqqət” yetirir.

Çərşənbə axşamı axşamı Konqresin birgə toplantısı qarşısında etdiyi müraciətdə Tramp Ukraynadakı müharibəni bitirmək üçün çalışdığını bildirdi.

“Bu qəddarlığı dayandırmağın vaxtıdır,” – Tramp bəyan etdi.

Trampın bu şərhləri, ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırdığı gün və 28 fevralda Ağ Evdə keçirilən gərgin görüşün ardından Ukrayna Prezidenti Volodimir Zelenskinin heç bir razılaşma əldə etmədən Ağ Evi tərk etməsindən bir neçə gün sonra gəlib.

Çıxışında Tramp, Zelenskinin ona çərşənbə axşamı göndərdiyi məktubu aldığını və məktubda Kyivin “mümkün qədər tez danışıqlar masasına əyləşməyə hazır olduğunu” yazıldığını bildirdi.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG